Bank Of Baku

20 iyun - Beynəlxalq Qaçqınlar Günü ilə əlaqədar tədbir keçirilib

20 iyun - Beynəlxalq Qaçqınlar Günü ilə əlaqədar tədbir keçirilib
# 20 iyun 2011 09:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi 20 iyun - Beynəlxalq Qaçqınlar Günü ilə əlaqədar tədbir keçirib. APA-nın məlumatına görə, birliyin sədri Esmira Orucova deyib ki, bu gün dünyanın bir çox ölkələrində etnik münaqişələr zamanı öz yurd-yuvalarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərə mənəvi dəstək verilir. Azərbaycanın da bu problemdən əziyyət çəkdiyini vurğulayan E. Orucova qeyd edib ki, Ermənistanın Azərbaycan xalqına qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində 1 milyon azərbaycanlı didərgin həyatı yaşamağa məcbur edilib. Onların arasında birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş, itkin düşmüş, yaxınlarını 19 ildən bəri gözləyən və erməni əsir-girovluğunda beynəlxalq humanitar hüquqa və qəbul olunmuş konvensiyalara zidd olaraq qeyri-insani təhqir və işgəncələrə məruz qaldıqdan sonra azad edilən, hələ də psixoloji gərginlik içində yaşayan minlərlə şəxs var.

Sonra ABŞ-ın “Konterpart” Beynəlxalq Humanitar Təşkilatının verdiyi yardım ictimai birliyin üzvü olan əsir və girovluqdan azad edilmiş şəxslərə, həmçinin aztəminatlı ailələrin üzvlərinə - qaçqın və məcburi köçkünlərə paylanılıb.

Xatırladaq ki, “Həsrət yolu” Əsir və Girovlara Kömək İctimai Birliyi ötən gün Beynəlxalq Qaçqınlar Günü münasibətilə Xızı rayonu ərazisində məskunlaşan qaçqın və məcburi köçkünlərə adı çəkilən humanitar təşkilatın yardımlarını paylayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR