Bank Of Baku

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin torpağa tapşırıldığı gün qeyd edilib

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin torpağa tapşırıldığı gün qeyd edilib
# 20 iyun 2011 10:07 (UTC +04:00)
Bakı-APA. İyunun 20-si Azərbaycanın Milli Qəhrəmanı, mərhum alay komandiri, Azərbaycan Milli Ordusunun qurucularından biri polkovnik-leytenant Şirin Mirzəyevin torpağa tapşırıldığı gündür. APA-nın məlumatına görə, bu münasibətlə Ş. Mirəzyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri Şəhidlər Xiyabanında onun məzarını ziyarət ediblər. Ziyarət iştirakçıları Ş.Mirzəyevin döyüş yolundan, Azərbaycanda milli ordu quruculuğundakı rolundan, Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıblar.

Xatırladaq ki, Ş. Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində andan olub. 1967-ci ildə Sankt- Peterburq Ali Siyasi Hərbi Məktəbini, 1988-ci ildə Hərbi Siyasi Akademiyanı bitirib. Uzun illər Sovet ordusunda xidmət edib. O, 1991-ci ildə Azərbaycanda ilk nizami özünümüdafiə taboru yaradıb. Alay komandiri kimi Ağdam rayonun müdafiəsində, ayrı-ayrı yaşayış məntəqələrinin erməni quldurlarından təmizlənməsində böyük qəhrəmanlıq göstərib. 1992-ci ilin iyunun 18-də Sırxavənd istiqamətində aparılan döyüşlər zamanı həlak olub, iyunun 20-də isə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra o Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Hər il iyunun 20-də Ş. Mirzəyevin yaxınları, döyüşçü dostları və ailə üzvləri onun Şəhidlər Xiyabanındakı məzarını ziyarət edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR