Bank Of Baku

Azərbaycan ərazisində qeyri-sabit hava proqnozlaşdırılır, güclü külək, yağış, dolu gözlənilir

Azərbaycan ərazisində qeyri-sabit hava proqnozlaşdırılır, güclü külək, yağış, dolu gözlənilir
# 20 iyun 2011 11:08 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, sabah hava əsasən yağmursuz keçəcək, güclü şimal-qərb küləyi əsəcək. Gecə 19-24, gündüz 25-30, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

İyunun 22-də isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal küləyi əsəcək, yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 23-27 dərəcə isti olacaq.

İyunun 21-də Azərbaycanın əsasən şimal və qərb rayonlarında gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti proqnozlaşdırılır.

İyunun 22-də isə bölgələrdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 17-22, gündüz 24-29 isti, dağlarda gecə 8-12, gündüz 13-18 dərəcə isti olacağı gəzlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyi sərinlik yaratmaqla yanaşı, bəzi meteohəssas insanlarda narahatlıq hissinə səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR