Bank Of Baku

BDU ilə Almaniyanın Vürzburq Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb - FOTO

BDU ilə Almaniyanın Vürzburq Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb - <font color=red>FOTO</font>
# 20 iyun 2011 11:35 (UTC +04:00)
Bakı-APA. Bakı Dövlət Universiteti (BDU) ilə Almaniyanın Julius Maksimilian Vürzburq Universiteti arasında “Avropa hüquqi üzrə magistr” proqramının yaradılmasına dair əməkdaşlıq sazişi imzalanıb. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, sazişi Almaniya tərəfindən Vürzburq Universitetinin Beynəlxalq əlaqələr və informasiya texnologiyaları üzrə prorektor professor Eckhard Pache və Azərbaycan tərəfindən isə BDU-nun rektoru, akademik Abel Məhərrəmov imzalayıblar. Avropa hüququnun son zamanlarda hüquq elminin ən dinamik inkişaf edən və prioritet təşkil edən istiqamətlərdən birinə çevrildiyini deyən rektor Abel Məhərrəmov bu əməkdaşlığın Azərbaycan üçün çox əhəmiyyətli olacağını qeyd edib.
Almaniyalı qonaqlar, Beynəlxalq əlaqələr və informasiya texnologiyaları üzrə prorektor professor Eckhard Pache və Hüquq fakültəsinin dekanı professor Eric Hilgendrof BDU ilə tanış olub, daxili işlər naziri Ramil Usubovun sədrliyi ilə Hüquq fakültəsində keçirilən bakalavr pilləsi üzrə diplom işinin müdafiəsində iştirak ediblər.

Qeyd edək ki, “Avropa hüquqi üzrə magistr” proqram dörd semestr davam edəcək. Birinci təhsil ili (iki semestr) magistrantlar Bakıda alman dilini öyrəncək və Azərbaycanın magistr təhsilinə uyğun olaraq təhsillərini davam etdirəcəklər. Mühazirələr alman və azərbaycanlı müəllimlər tərəfindən deyiləcək. İkinci təhsil ilində (iki semestr) mühazirələr alman və azərbaycanlı müəllimləri tərəfindən deyiləcək, magistrantlara şəxsi hesablarına Almaniyanın Vürzburq Universitetində təhsillərini davam etdirmək və magistr dissertasiyasını hazırlamaq imkanı veriləcək. Sonda magistrantlara ikili diplom - Vürzburq Universiteti və BDU-nun Hüquq fakültələrinin diplomu veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR