Bank Of Baku

“Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb
# 20 iyun 2011 13:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyində “Elektron təhsil” respublika müsabiqəsinin yekununa həsr olunmuş tədbir keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqəyə aprelin 11-də start verilib. “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilən müsabiqə “Microsoft Azərbaycan”, “İntel” korporasiyasının “Gələcək üçün təhsil” proqramı, AzEduNet, Ultra, HP, “Azerfon-Vodafone” və “Mədət” təşkilatı tərəfindən dəstəklənib.

Müsabiqənin keçirilməsində əsas məqsəd elektron resurslardan və internet texnologiyalarından tədris proseslərində istifadə imkanlarını daha da genişləndirmək, bu sahədəki yeniliklər barədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni formalarını üzə çıxarmaqdır.

Təhsil naziri Misir Mərdanov bildirib ki, müsabiqədə 5 nominasiya üzrə 601 nəfər iştirak edib və təqdim olunmuş layihələrdən 98-i nominant seçilib. O, ayrı-ayrı nominasiyalar üzrə qalib gəlmiş şəxsləri təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR