Bank Of Baku

Magistraturaya ikinci mərhələdə keçiriləcək imtahanlarda iştirak üçün “İmtahana buraxılış vərəqələri”nin verilməsinə başlanıb

Magistraturaya ikinci mərhələdə keçiriləcək imtahanlarda iştirak üçün “İmtahana buraxılış vərəqələri”nin verilməsinə başlanıb
# 21 iyun 2011 09:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinin magistraturalarına iyunun 26-da keçiriləcək qəbul imtahanının ikinci mərhələsində iştirak etmək hüququ olan bakalavrlara “İmtahana buraxılış vərəqələri” verməyə başlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bakalavrlar buraxılış vərəqələrini öz elektron ərizələrinə daxil olaraq çap edə bilərlər.

Qeyd edək ki, ali məktəblərin magistraturalarının ikinci mərhələsinin qəbul imtahanı iyunun 26-da Bakı, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanda iştirak hüququ olan 8000 bakalavrdan 7866 nəfəri qəbul proqramını və ixtisaslaşmaları seçərək təsdiqləyib. Onlardan 6809 nəfəri Azərbaycan bölməsinin, 1057 nəfəri isə rus bölməsinin məzunudur. Bakalavrların 3744 nəfərini oğlanlar, 4122 nəfərini isə qızlar təşkil edir. 4936 nəfər ali təhsil müəssisələrinin builki, 2930 nəfər əvvəlki illərin məzunudur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR