Bank Of Baku

“Region gəncləri arasında QHT institutunun formalaşması və inkişafına yardım etməklə demokratikləşmə prosesinə tövhə verilməsi” adı altında layihə həyata keçirilir

“Region gəncləri arasında QHT institutunun formalaşması və inkişafına yardım etməklə demokratikləşmə prosesinə tövhə verilməsi” adı altında layihə həyata keçirilir
# 21 iyun 2011 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanda “Region gəncləri arasında QHT institutunun formalaşması və inkişafına yardım etməklə demokratikləşmə prosesinə tövhə verilməsi” adlı layihə həyata keçirilir. Layihə “Gəncliyin Səsi” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Pespublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutub. Birliyin sədri Babək Qarayevin APA-ya verdiyi məlumata görə, artıq layihənin ikinci dövrü başa çatmaq üzrədir. Layihənin məqsədi regionlarda gənclər arasında QHT institunun yaranması, inkişafı prosesinə yardım etmək, beləliklə regionlarda demokratikləşmə prosesinin irəliləməsinə tövhə vermək, regionlarda “üçüncü sektorun” gələcəkdə möhkəmlənməsi üçün əlverişli şəraitin yaradılması, bu sahədə müsbət təcrübənin öyrənilməsi və yayılmasıdır. Layihə Bərdə, Beyləqan, Balakən regionlarında həyata keçirilib. B. Qarayevin fikrincə, bu layihənin fəaliyyəti vətəndaşların informasiya əldə edə bilmək və ictimai işlərdə iştirak etmək imkanlarının genişlənməsinə, demokratik vətəndaşlığın və könüllülük fəaliyyətinin inkişafına, qeyri-formal təhsilin imkanlarının tərəqqisinə şərait yaradacaq, eyni zamanda gənclər təmsiçilərinin informasiya əldə edə bilmələrini təmin edəcək, həmçinin onların «vətəndaşlıq savadı»nı və sosial-ictimai həyatda iştirak səviyyəsini artıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR