Bank Of Baku

Azərbaycanda uşaqlar arasında şəkərli diabet xəstəliyi artıb

Azərbaycanda uşaqlar arasında şəkərli diabet xəstəliyi artıb
# 21 iyun 2011 09:43 (UTC +04:00)
Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu Samirə Xəlilovanın APA-ya verdiyi məlumata görə, 2009-cu illə müqayisədə 2010-cu ildə bu xəstələrin sayı 1,5 faiz artıb: “Azərbaycanda şəkərli diabet xəstələrinin artım faizi Amerika, Rusiya və bir sıra ölkələrlə müqayisədə çoxdur”.

S. Xəlilova bildirib ki, hazırda qeydiyyatda olan şəkərli diabet xəstələrinin 886 nəfəri 18 yaşınadək uşaqlardır: “Mərkəzdə Bakı şəhəri üzrə qeydiyyatda olan 291 nəfər 18 yaşına çatmamış xəstə var. Bu say gündən-günə artır. Həmin uşaqlardan 5-i 3 yaşınadək olan uşaqlardır. Xəstə uşaqların çoxunu isə 12-13 yaşlı uşaqlar təşkil edir”.

Xəstəliyin yayılmasında irsi faktorların daha çox rol oynadığını deyən S. Xəlilova, düzgün qidalanmamaq, stresli həyat tərzi və artıq çəkinin də rolunun böyük olduğunu vurğulayıb: “Şəkərli diabet xəstəsi olan uşaqların valideynlərinə məsləhət görülür ki, gün ərzində 5-6 dəfə uşaqlarının şəkərlərini ölçsünlər və onları daim nəzarətdə saxlasınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR