Bank Of Baku

Kürün aşağı axınında suyun səviyyəsini azalır

Kürün aşağı axınında suyun səviyyəsini azalır
# 21 iyun 2011 09:47 (UTC +04:00)
Sevil Zeynalqızı-APA. Hazırda Böyük Qafqaz çaylarında sululuq ongünlük normanın 60-130, Lənkəran-Astara bölgəsi çaylarında 100-235, Kiçik Qafqaz çaylarında 70-90, Naxçıvan MR çaylarında isə 100 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 450 kub metr/saniyə, yəni ongünlük normanın 111 faizini, Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 195 kub metr/saniyə, yəni ongünlük normanın 117 faizini təşkil edir.

İyunun 15-dən 21-dək Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Surra məntəqəsində suyun səviyyəsi 113, Şirvanda 88, Salyanda 48, Bankədə 32, Araz çayının Novruzlu məntəqəsində 99 sm azalıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 606, Şirvanda 536, Salyanda 548, Bankədə 337, Araz çayının Novruzlu məntəqəsində isə 341 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR