Bank Of Baku

Dünyada ilk dəfə olaraq Azərbaycanda ürək-damar xəstəliklərinin gizli dövrünü mobil telefonlar vasitəsilə aşkar etmək mümkün olacaq

Dünyada ilk dəfə olaraq Azərbaycanda ürək-damar xəstəliklərinin gizli dövrünü mobil telefonlar vasitəsilə aşkar etmək mümkün olacaq
# 21 iyun 2011 11:02 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, rəhbərlik etdiyi institutda ürək damar sistemində patoloji proseslərin yaranmalarının gizli dövrünün monitorinqini təmin edən küy analizi və robast proqram-aparat vasitəsinin nəzəri əsasları yaradılıb, mobil telefonlardan istifadə etməklə kütləvi istifadə üçün əlverişli imkanın mümkünlüyü göstərilib. Bu ilin axırına qədər mobil telefon vasitəsilə ürək-damar xəstəliklərinin gizli dövrünün monitorinqini və yaxud da belə şəxslərdə dinamikanın dəyişməsini izləmək mümkün olacaq.

İnstitut direktoru deyib ki, hələlik bu layihəni həyata keçirmək üçün mobil operatorlarla danışıqlar aparılmayıb: “Əvvəlcə biz bu layihəni nümayiş etdirmək istəyirik. Bu layihəyə xarici ölkələrin də marağı böyükdür. Artıq bizə bu sahədə birgə əməkdaşlıq etmək üçün İngiltərədən, İspaniyadan, Polşadan müraciətlər olunub. Bu ilin oktyabr-noyabr aylarında biz mobil telefonlar vasitəsilə bunu nümayiş etdirə biləcəyik”.

T. Əliyev bildirib ki, bu monitorinq diaqnostika deyil: “Monitorinq sadəcə urək-damar problemi olan şəxslərdə prosesin başlandığını göstərəcək. Diaqnozu isə yenə də həkim qoyacaq. Bu, həkimi əvəz etməyəcək”. T. Əliyevin sözlərinə görə, yeni kəşf küylərin analizi nəzəriyyəsi və qəzaların gizli dövrünün monitorinqi texnologiyası əsasında hazırlanıb. İşin yeniliyi Avrasiya patenti ilə təsdiq edilib və alınmış nəticələr nüfuzlu jurnallarda nəşr edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR