Bank Of Baku

Azərbaycanda 102 adda dərslik və müəllimlər üçün metodik vəsait nəşr olunacaq

Azərbaycanda 102 adda dərslik və müəllimlər üçün metodik vəsait nəşr olunacaq
# 21 iyun 2011 12:46 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda 2011-1012-ci tədris ili üçün 102 adda dərslik və müəllimlər üçün metodik vəsait nəşr olunacaq. Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı APA-ya bildirib ki, bununla bağlı həyata keçirilən hazırlıq işləri başa çatıb: “Azərbaycanda kurrikulum əsasında dərslik hazırlığı dördüncü ildir davam edir. Bu il İV siniflər üçün dərsliklərin hazırlanması üçün elan vermişdik. Həmin siniflər üçün 40 adda dərslik və müəllimlər üçün metodik vəsaitin çapı nəzərdə tutulur”.

F. Şahbazlının sözlərinə görə, çapı nəzərdə tutulan 38 adda dərslik tamamilə yenilənmiş VII-XI sinif dərslikləri, çapına başlanılan 24 adda dərslik isə II, VII-XI sinifləri üçün müəyyən faizlə çap olunan dərsliklərdir: “Artıq bu dərsliklərin çapına başlanılıb. VII-XI siniflər üçün 10 adda dərslik çap edilərək bazaya təhvil verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR