Bank Of Baku

TQDK-da orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbuluna həsr olunmuş seminar-məşğələ keçirilib

TQDK-da orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ərizə qəbuluna həsr olunmuş seminar-məşğələ keçirilib
# 21 iyun 2011 12:48 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011-2012-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) ərizə qəbulunun aparılması ilə bağlı Sənəd Qəbulu Komissiyaları (SQK) ilə seminar-məşğələ keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiyanın sektor müdiri Hidayət Zeynalov seminar-məşğələni giriş sözü ilə açaraq qeyd edib ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu internet vasitəsilə iyunun 28-dən avqustun 10-dək aparılacaq. Abituriyentlər həmin müddət ərzində internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən SQK-ya təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.
Abituriyentlərin ərizələrini rahat şəkildə təsdiqləmələri məqsədilə TQDK tərəfindən Respublikanın bütün bölgələrini əhatə edən 85 SQK yaradılıb. Sənəd Qəbulu Komissiyalarına müvafiq hazırlıq işlərinin aparılması, onların üzərilərinə düşən vəzifələr barədə tapşırıqlar verilib.

Qeyd edək ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı yaxın vaxtlarda “Abituriyent” jurnalının 4-cü sayında dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR