Bank Of Baku

Saray qəsəbəsində 7 saylı İnternat Evində 26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib

Saray qəsəbəsində 7 saylı İnternat Evində 26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib
# 21 iyun 2011 13:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Saray qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən 7 saylı İnternat Evində 26 iyun - Silahlı Qüvvələr Gününə həsr edilmiş tədbir keçirilib.

«Bakcell» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, «Bakcell stars» layihəsinin dəstəyi ilə «SOS Uşaq Kəndləri - Azərbaycan» Assosiasiyası 26 iyun - Silahlı Qüvvələr Gününü qeyd edib. Tədbirdə «Bakcell stars» xor qrupunun, Gənclər Evlərində yaşayan qız və oğlanların rəqsləri, uşaqların solo çıxışları nümayiş olunub.

Qeyd edək ki, tədbirin keçirildiyi ağıldankəm uşaqlar üçün İnternat Evində 130 uşaq tərbiyə alır. «Bakcell stars» layihəsində keçirilən SMS kampaniyası zamanı «Bakcell» abunəçilərinin göndərdikləri qısa mesajlar nəticəsində toplanmış vəsaitin necə sərf edildiyinin, bu layihə sayəsində oxumaq, oynamaq, səhnə mədəniyyəti bacarıqlarını öyrənmiş uşaqların nailiyyətlərinin hesabatı idi.

Xatırladaq ki, «SOS Uşaq Kəndləri - Azərbaycan» 2000-ci ilin noyabr ayından fəaliyyət göstərir. Bakı və Gəncədəki Uşaq Kəndlərində valideyn himayəsindən məhrum 150 uşaq ailə qayğısı ilə əhatə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR