Bank Of Baku

Delaver Universitetinin professoru Azərbaycanda mühazirə oxuyacaq

Delaver Universitetinin professoru Azərbaycanda mühazirə oxuyacaq
# 22 iyun 2011 08:14 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, ABŞ Dövlət Departamenti və Ulyam Fulbrayt Xarici Təqaüd Proqramının İdarə Heyəti (J. William Fulbright Foreign Scholarship Board) artıq qrantı elan edib.
Delaver Universitetindən bildiriblər ki, Şah nanomer materialların sintezi və xüsusiyyətlərinin öyrənilməsi sahəsində tədqiqat aparır. Onun nazik plyonkalı fotoelektrik elementlər və ya plastik materialdan hazırlanmış günəş fotoelementləri sahəsində apardığı tədqiqatlar Bakı Dövlət Universitetinin Nano Mərkəzinin alimlərinin xüsusi marağına səbəb olub, çünki günəş enerjisi Şərqi Avropada toxunulmamış ehtiyat hesab olunur və ilin çox hissəsi bu bölgə günəşli olur.
BDU-dan olan həmkarları ilə birgə tədqiqat aparmaqla yanaşı, Şah tələbələrə nazik plyonkalı elementlər və nanomateriallar barədə mühazirələr oxuyacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR