Bank Of Baku

Azərbaycan ərazisində havanın temperaturu düşəcək, bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək

Azərbaycan ərazisində havanın temperaturu düşəcək, bəzi rayonlarda leysan yağacaq, dolu düşəcək
# 22 iyun 2011 08:38 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, güclü şimal küləyi axşama doğru mülayimləşəcək. Gecə 18-23, gündüz 22-26, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

İyunun 24-də gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 22-26 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 23-də şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
Mülayim qərb küləyi gecə və səhər arabir güclənəcək. Gecə 18-23 dərəcə, gündüz 24-29 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 14-18 dərəcə isti olacaq.

İyunun 24-də şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Gecə 17-22 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 8-13 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR