Bank Of Baku

Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 764 nəfərdir

Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 764 nəfərdir
# 22 iyun 2011 08:55 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 764 nəfər təşkil edir. Bu barədə “APA-Economics”ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Məlumata görə, 01.04.2011-ci il tarixə olan statistikaya əsasən dövlət qulluqçularından 68,8%-i yaşa görə, 22,6%-i əlilliyə görə, 8,6%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçularının orta aylıq pensiya məbləği 326,2 manatdır.

Dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır.

Onu da bildirək ki, 2011-ci il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1 286 030 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR