Bank Of Baku

Bakıda “Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir” mövzusunda konfrans keçirilib

Bakıda “Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir” mövzusunda konfrans keçirilib
# 22 iyun 2011 09:46 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə BMT 26 iyun – Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Gününə həsr olunan “Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov dünyada 300 milyondan çox narkotik istifadəçisinin olduğunu deyib: “Bunlardan 30 milyonu narkotikdən damar daxilinə istifadə edənlərdir, 250 milyon isə narkotikdən birbaşa istifadə edir. Narkotik istehsalı Peru, Kolumbiya, Əfqanıstan kimi ölkələrdə geniş yayılıb. Əfqanıstan narkotikinin 25 faizi Rusiya bazarına, qalan hissəsi isə Qərbi Avropa ölkələrinə daşınır”.

Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin (İB) rəhbəri Məzahir Əfəndiyev isə Azərbaycandan İrana daxil olan heroinin tərkibində müxtəlif zərərli maddələri olduğunu deyib: “Həmin heroinin tərkibində insanın psixologiyasına mənfi təsir göstərən bəzi maddələr var. Təəssüf ki, biz narkoloji asılılığı olan insanlara kifayət qədər yardım göstərə bilmirik. Həbsdə olan narkoloji asılılığı olan şəxslər bəzi sahələrdə işlədilir. Hesab edirəm ki, yaxın vaxtlarda həbsdə olan həmin şəxslərin barəsində qanuna dəyişikliklər ediləcək. Onların cəzaları alternativ cəza növləri ilə əvəz olunsa, daha yaxşı olar”.

Tədbirin sonunda bəzi KİV-lər mükafatlandırılıb. APA İnformasiya Agentliyi “Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir” nominasiyası üzrə fəxri fərmanla təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR