Bank Of Baku

“Valideyn və mütəxəssislər üçün uşaq inkişafı üzrə tövsiyələr” kitabının və www.ushaqlar.az saytının təqdimatı olub

“Valideyn və mütəxəssislər üçün uşaq inkişafı üzrə tövsiyələr”  kitabının və www.ushaqlar.az saytının təqdimatı olub
# 22 iyun 2011 09:53 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi www.ushaqlar.az və “Valideyn və mütəxəssislər üçün uşaq inkişafı üzrə tövsiyələr” adlı kitabın təqdimat mərasimini keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, www.ushaqlar.az saytının tərtib olunmasında məqsəd valideyn və uşaqları faydalı informasiyalarla təmin etməkdir: “Sayt 9 əsas bölmədən - ana səhifə, xəbərlər, ailə və uşaq, qanunvericilik, statistika, faydalı məlumatlar, istedadlı uşaqlar, fotoqalereya, tədqiqatlar bölməsindən ibarətdir. Hər bir bölmədə uşaqlarla bağlı qanunvericilik bazası, Azərbaycan uşaqları haqqında statistik göstəricilər, valideyn və uşaqların maarifləndirilməsi üçün materiallar yerləşdirilib”.

“Valideyn və mütəxəssislər üçün uşaq inkişafı üzrə tövsiyələr” kitabı haqqında danışan H. Hüseynova qeyd edib ki, vəsaitin nəşri valideynləri, himayədarları, həmçinin uşaqlara xidmət göstərən müxtəlif peşə sahiblərini uşaq inkişafı məsələləri və fizioloji böyümə prosesi haqqında maarifləndirmək məqsədi daşıyır: “Kitabdan alınan bilgilər uşaqlarda müşahidə edilən inkişaf qüsurları və geridəqalma hallarının erkən müəyyənləşdirilərək vaxtında aradan qaldırılmasına imkan verir.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR