Bank Of Baku

Azərbaycan Müəllimlər İnstitutu ilə Türkiyənin Atatürk Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycan Müəllimlər İnstitutu ilə Türkiyənin Atatürk Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb
# 22 iyun 2011 12:43 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Müəllimlər İnstitutu ilə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universiteti arasında akademik əməkdaşlığa dair saziş imzalanıb. Müəllimlər İnstitutundan APA-ya verilən xəbərə görə, sazişdə müəllim və tələbə mübadiləsi, birgə seminarların, qısamüddətli akademik proqramların təşkili, beynəlxalq treninqlərdə birgə iştirak və s. məsələlər öz əksini tapıb. Bu saziş çərçivəsində əməkdaşlığın prioritet istiqamətləri müəllim hazırlığı, əlavə təhsil və distant təhsildir.

Qeyd edək ki, Atatürk Universiteti 1954-cü ildə yaradılıb və hazırda universitetdə ümumilikdə 18 fakültə üzrə 43000 nəfər tələbə təhsil alır. Universitetin 23000 distant təhsillə təhsil alan tələbəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR