Bank Of Baku

Azərbaycanda orta məktəblərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 24-də açıqlanacaq

Azərbaycanda orta məktəblərdə keçirilmiş buraxılış imtahanlarının nəticələri iyunun 24-də açıqlanacaq
# 22 iyun 2011 13:10 (UTC +04:00)
Təhsil Nazirliyinin (TN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həmin gündən başlayaraq bir həftə ərzində şikayətlərin qəbulu məqsədilə Apelyasiya Komissiyası da fəaliyyət göstərəcək.

Qeyd edək ki, TN Azərbaycanın 60 şəhər və rayonunda buraxılış imtahanları keçirib. İlk imtahan iyunun 2-də Şirvan şəhəri, Ağcabədi, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Beyləqan, İmişli, Ucar, Zərdab, Lakın və Cəbrayıl rayonlarının orta məktəblərində keçirilib. Son buraxılış imtahanları isə iyunun 17-18-də Bakıda olub.

Şagirdlərin attestata yazılacaq yekun qiyməti şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında müəyyənləşəcək.

2010-2011-ci tədris ilində Azərbaycanın ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 101521 şagird bitirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR