Bank Of Baku

Ombudsmanın nümayəndələri 3 saylı istintaq təcridxanasında olublar

Ombudsmanın nümayəndələri 3 saylı istintaq təcridxanasında olublar
# 22 iyun 2011 13:18 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında olublar. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, Cabbar Savalan və istintaq altında olan başqa şəxslərlə görüş zamanı onlar saxlanma şəraiti və müəssisə əməkdaşlarının rəftarından narazı olmadıqlarını bildiriblər.

Eyni zamanda aparatın əməkdaşları istintaq təcridxanasında məhkumlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tibb hissəsinin rəisinə bu istiqamətdə dəyişiklik edilməsi üçün tövsiyələr veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR