Bank Of Baku

Dərbəndin Rusiyanın nəzarəti altında keçməsindən 215 il ötür

Dərbəndin Rusiyanın nəzarəti altında keçməsindən 215 il ötür
# 22 iyun 2011 15:44 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Qədim Azərbaycan şəhəri Dərbəndin Rusiyanın nəzarəti altında keçməsinin 215 ili tamam olur. APA-nın məlumatına görə, Dərbənd xanlığı 1796-cı il iyunun 22-də Çar Rusiyası tərəfindən işğal olunub.

1860-cı ildə Dərbənd quberniyası ləğv olunaraq tərkibindəki Quba qəzası Bakı quberniyasına verilib və qalan ərazilərdə Dağıstan dairəsi yaradılıb. 1921-ci ildə Dərbənd şəhəri Dağıstan Muxtar Sovet Sosialist Respublikası tərkibində Rusiyaya birləşdirilib.

Tarixi qaynaqlarda “Xəzər qapısı” , “Alban qapısı” , “Hun keçidi” , “Dərbənd keçidi” kimi adı çəkilən Dərbənd qalası Xəzər dənizi boyunca uzanan qala divarlardan ibarət olub. Dərbənd qalası ilkin orta əsrlərin Azərbaycan istehkam tikintilərinin şah əsəridir. V əsrdə Sasani hökmdarı II Yəzdəgird (438-455) tərəfindən inşası başlanılıb və I Xosrov Ənuşirəvan (531-579) dövründə yekunlaşıb. Ölkənin şimal qapısı kimi mühüm hərbi-strateji əhəmiyyət daşıyıb. Azərbaycan türklərinin və bütün türklərin tarixi abidəsi olan Kitabi-Dədə Qorqud dastanında da adı çəkilir. Xalq arasında Dəmirqapı Dərbənd kimi də məşhur olub. Dərbənd sonralar Şirvanşahlar dövlətinin paytaxtı olub, şah üsul-idarəsinin bəzi xadimləri burada yaşayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR