Bank Of Baku

FHN-nin Cənub Regional Mərkəzi “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirici tədbir keçirib - FOTO

FHN-nin Cənub Regional Mərkəzi  “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirici tədbir keçirib - <font color=red>FOTO</font>
# 22 iyun 2011 17:09 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi bu gün Lənkəran rayonun Girdəni kənd həkim məntəqəsində səhiyyə işçiləri və yerli sakinlər üçün “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda maarifləndirici tədbir keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, tədbiri giriş sözü ilə məntəqənin baş həkimi Məhəmməd İmamverdiyev açaraq Cənub Regional Mərkəzi tərəfindən müxtəlif təyinatlı obyektlərdə, o cümlədən səhiyyə müəssisələrində səhiyyə işçilərinin, eləcə də kənd sakinlərinin maarifləndirməsi məqsədilə mütəmadi olaraq keçirilən bu cür tədbirləri yüksək qiymətləndirib.

Daha sonra Mərkəzin Operativ-reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin baş zabiti İzzət İbadov “Meşə yanğınları və onların növləri, meşə yanğınları zamanı təhlükəsizlik tədbirləri”, Mülki müdafiə işinin təşkili şöbəsinin zabiti Elçin Mustafayev “Fərdi mühafizə vasitələrindən düzgün istifadə qaydaları”, Xüsusi xilasetmə hissəsinin növbə rəisi Pərviz Əliyev “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, Ərazi orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur Hüseynov “Fövqəladə vəziyyət şəraitində tətbiq olunan tədbirlər və müvəqqəti məhdudiyyətlər” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?” və “Qəza radiasiya zədələnmələrinin diaqnozu necə qoyulmalı və ilk cavab tədbirləri necə görməli?” mövzularında hazırlanmış kitabçalar tədbir iştirakçılarına paylanıb, Mərkəzin fəaliyyəti ilə bağlı video, foto-slaydlar, "Mercedes-Benz Sprinter" xüsusi təyinatlı avtomobil və onun komplektinə daxil olan müxtəlif xilasetmə alət və avadanlıqlar tədbir iştirakçılarına əyana şəkildə göstərilib və bu materiallarla bağlı səhiyyə işçilərini və kənd sakinlərini maraqlandıran suallar cavablandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR