Bank Of Baku

Bəhram Xəlilov: “Yaşı 65-i keçmiş dövlət qulluqçularının müəyyənləşdirilməsi istiqamətində işlər görülür”

Bəhram Xəlilov: “Yaşı 65-i keçmiş dövlət qulluqçularının müəyyənləşdirilməsi istiqamətində işlər görülür”
# 23 iyun 2011 07:50 (UTC +04:00)
APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda bu reyestrə 12 min dövlət qulluqçusu haqqında məlumatlar daxil edilib. Onlardan 300-ə yaxını 65 və ondan artıq yaşı olan dövlət qulluqçularıdır.
Komissiya sədri həmin şəxslərin ya təqaüdə göndəriləcəyini ya da dövlət orqanlarının rəhbərlərinin icazəsi ilə onlarla bir il müddətinə müqavilə bağlanacağını açıqlayıb. O, qeyd edib ki, bu müqavilələr 5 ilə kimi uzadıla bilər.

B. Xəlilov onu da deyib ki, dövlət qulluğuna qəbul aparılarkən 65 yaşı tamam olan və ya yaşı bu civarda olan şəxslərin sənədləri qəbul olunmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR