Bank Of Baku

Bəhram Xəlilov: “Gənclərin dövlət orqanlarına işə qəbul edilməsində problemlər var”

Bəhram Xəlilov: “Gənclərin dövlət orqanlarına işə qəbul edilməsində problemlər var”
# 23 iyun 2011 08:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Gənclərin dövlət orqanlarına işə qəbul edilməsində müəyyən problemlər var. Bir çox dövlət orqanı təcrübələrinin az olması səbəbindən gəncləri işə qəbul etmək istəmir. Halbuki 4-5 ay ərzində onların potensialı üzə çıxır, 2-3 il ərzində isə gənclər öz sahələri üzrə gözəl mütəxəssis olurlar”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov “Azərbaycanın dövlət qulluğu yeni inkişaf mərhələsində” mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Komissiya sədri bildirib ki, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin dövlət qulluğuna qəbulu ilə bağlı məsələlər öz əksini tapıb. Komissiya gənclərin dövlət qulluğuna qəbuluna dair statistika aparıb, məlum olub ki, dövlət orqanlarında çalışan gənclərin payı cəmi 20-25 faizdir: “Bu, çox azdır. Komissiya tərəfindən işə qəbul olunan gənclərin sayı isə 75 faiz təşkil edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR