Bank Of Baku

Göyçay çayı üzərində yerləşən körpülərin uçmaq təhlükəsi yaranıb

Göyçay çayı üzərində yerləşən körpülərin uçmaq təhlükəsi yaranıb
# 23 iyun 2011 08:57 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, suyun səviyyəsinin artması nəticəsində çayın üzərində yerləşən, Ucar və Zərdab rayonlarını birləşdirən körpünün uçmaq təhlükəsi yaranıb. Zərdab rayon İcra Hakimiyyəti (İH) başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Allahverdi Səfərovun verdiyi məlumata görə, ötən gecə saat 2.00 radələrindən indiyə kimi çayda suyun səviyyəsi təxminən 2 metr qalxıb. Əraziyə canlı qüvvə və texnika cəlb olunub. Ətraf rayonlardan da əraziyə ağır texnika gətirilib. FHK sədri deyib ki, səviyyəsi artan Göyçay və Tülyançayın töküldüyü Kür çayında da suyun artması ehtimalı var.

Məlumatlara görə, suyun artması nəticəsində Göyçay çayının üzərində olan, Göyçay ərazisində yerləşən körpüdə də çatlar əmələ gəlib. Hazırda əraziyə nəzarət olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR