Bank Of Baku

Füzuli Ələkbərov: ”Quba, Yardımlı və Xızı rayonlarının əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları vəzifələrindən azad edilib”

Füzuli Ələkbərov: ”Quba, Yardımlı və Xızı rayonlarının əhalinin sosial müdafiəsi mərkəzlərinin direktorları vəzifələrindən azad edilib”
# 23 iyun 2011 10:10 (UTC +04:00)
APA-nın məlumatına görə, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bu haqda YAP-ın saytına müsahibəsində bildirib. Nazir qeyd edib ki, yol verdikləri nöqsanlara görə, 5 rayonun, Kürdəmir, Sabirabad, Zərdab, Biləsuvar, Ağcabədi rayonlarının mərkəz direktorları müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 15 nəfərə isə töhmət verilib: “Korrupsiyaya qarşı mübarizədə şəffaflığın artırılması, ərizə və şikayətlərin vaxtında və yerində araşdırılması məqsədilə həkim-ekspertlər zonalara ezam ediliblər. Bununla yanaşı, 7 zona üzrə tibbi-sosial ekspert komissiyalarının sədrləri müvəqqəti olaraq vəzifələrindən kənarlaşdırılıb, 8 nəfər həkim-ekspertə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR