Bank Of Baku

Füzuli Ələkbərov: “Bütün əlil və şəhid ailələri yaxın bir neçə ildə mənzillə tam təmin ediləcəklər”

Füzuli Ələkbərov: “Bütün əlil və şəhid ailələri yaxın bir neçə ildə mənzillə tam təmin ediləcəklər”
# 23 iyun 2011 10:44 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. “Bu ilin sonunadək əlil və şəhid ailələri üçün Suraxanı rayonunun Hövsan qəsəbəsində 9 mərtəbəli 81 mənzilli, Sabunçu rayonunun Zabrat qəsəbəsində 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli və Gəncə şəhərində 9 mərtəbəli 81 mənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi planlaşdırılır”. APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Nazir bildirib ki, cari ilin birinci rübündə ölkənin müxtəlif bölgələrində yeni çoxmənzilli və fərdi yaşayış evləri istifadəyə verilib və beləliklə, bu vaxtadək dövlət hesabına mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin sayı 4000-dən çoxdur: “Mənzillərin inşasında mövcud həcmin saxlanılması onu qeyd etməyə əsas verir ki, növbədə olan bütün əlil və şəhid ailələri yaxın bir neçə ildə mənzillə tam təmin ediləcəklər”.

F. Ələkbərov hazırda Ağcabədi, Göygöl, Samux, Qəbələ, Quba rayonlarında, Yevlax şəhərində hər biri 4 mərtəbəli, 36 mənzilli yaşayış binalarının tikildiyini və bu işin avqust ayında başa çatdırılacağını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR