Bank Of Baku

Dövlət Fonduna aid olan 20 hektar ərazidə yanğın olub

Dövlət Fonduna aid olan 20 hektar ərazidə yanğın olub
# 23 iyun 2011 10:54 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. İyunun 21-də saat 15.30 radələrində İlisu Dövlət Təbiət Qoruğu ilə həmsərhəd ərazidə yanğın hadisəsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın Dövlət Fonduna aid olan qış-otlaq sahəsinin 20 hektar ərazisini əhatə edib. İlisu Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən yanğının qoruq ərazisinə keçməsinin qarşısı alınıb.
Hazırda hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən ərazidə təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR