DSMF “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərlə bağlı ilk regional müşavirə keçirib - FOTO
DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, regional müşavirələrin keçirilməsində məqsəd qanundan irəli gələn vəzifələrin bölgələrdə vaxtında həyata keçirilməsi, bu sahədə şəffaflığın tam təmin olunması, əhalinin müraciətlərinin operativ şəkildə cavablandırılmasını təşkil etməkdir.
Ağdam rayonunda keçirilən ilk müşavirədə DSMF sədri Səlim Müslümov, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov, Fondun digər rəhbər şəxsləri, Ağdam, Ağcabədi, Bərdə, Beyləqan, Füzuli, Tərtər, Laçın, Yevlax və Xocavənd rayon şöbələrinin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən köklü islahatlar nəticəsində vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yüksəlməkdədir. Əmək pensiyaçılarının sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılaraq, bu istiqamətdə mühüm addımlar atılır: “Prezident İlham Əliyevin qəbul etdiyi mühüm qərarlar əmək pensiyaçılarının sosial müdafiəsinə dəyərli töhfələr verib. Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi ötən 6 ildə Azərbaycan prezidenti yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması üçün 7, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 5 sərəncam verib. 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin olunmasını nəzərdə tutan növbəti islahat tədbiri də əmək pensiyaçılarının maddi təminatının yaxşılaşdırılmasına xidmət edir”.
DSMF sədri bildirib ki, pensiya artımlarının əhaliyə çatdırılmasını vaxtında təmin etmək üçün Fond tərəfindən hazırlıq tədbirləri həyata keçirilir. Yenidən hesablama 01.01.2010-cu ilədək mövcud olan bütün pensiya işlərinin hər birinə yenidən baxılmasını tələb edir və görüləcək iş çox böyük texniki həcmə malikdir. Bütün bunlara baxmayaraq, DSMF prosesin maksimum tez yekunlaşmasını hədəf seçib və Fondda mövcud olan avtomatlaşmış idarəetmə sistemi bu işin icrasına böyük təkan verəcək.
S.Müslümov vurğulayıb ki, artıq pensiyaların yenidən hesablanmasını yüksək səviyyədə icra etmək məqsədilə xüsusi komissiya yaradılıb və komissiyanın gərgin əməyi sayəsində qısa müddət ərzində Bakının rayonları, Abşeron rayonu və Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilməsi prosesi başa çatıb. Hazırda ölkənin digər rayonlarında yaşayan pensiyaçılar üzrə staj məlumatlarının dəqiqləşdirilməsi prosesi həyata keçirilir.
S.Müslümov şöbə müdirlərinə əhalinin bu istiqamətdə olan hər hansı müraciətinin diqqətlə araşdırılması barədə ciddi tapşırıqlar verib: “Hər bir şöbə üzrə vətəndaşların ərizə və şikayətlərinə ən qısa müddətdə baxılmalı, ərizələr diqqətlə araşdırılmalı, şöbələrin rəhbərliyi tərəfindən vətəndaşlar məhdudiyyətsiz qəbul olunmalı və bütün müraciətlər üzrə təcili tədbirlərin görülməsi təmin olunmalıdır”.
Sosial
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Şahbaz Şərif: İslamabad razılaşma memorandumunun imzalanmasında Türkiyənin rolu böyükdür
FHN-in təşkil etdiyi ümumrespublika birinciliyinə yekun vurulub - FOTO - VİDEO
Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY
Xəbər Lenti
Şərurda ağır qəza: bir ailənin üç üzvü ölüb - FOTO
DÇ-2026: Braziliya Norveçə məğlub olaraq, turnirlə vidalaşıb
Tramp NATO sammitində müttəfiqləri müdafiə xərclərini artırmağa çağıracaq
Bakı–Sumqayıt yolunda zəncirvari qəza: xəsarət alanlar var
Tramp Zelenski ilə görüşdən sonra Putinlə danışmağı planlaşdırır
Times: Ukraynalı qadın hərbçilər ölkədə məcburi hərbi xidmətin tətbiqini dəstəkləyiblər
Rusiya SOCAR-ın Ukraynada yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirib
ABŞ Hərbi Dəniz Qüvvələri Ərəb dənizində itkin düşən hərbçinin axtarışlarını dayandırıb
Stoltenberq: Almaniya hərbi gücə çevrilmək yolundadır
Polşa Ukraynaya silah tədarükləri barədə məlumatları açıqlayacaq
Britaniyada tullantılar arasında ölkənin Müdafiə Nazirliyinin sənədləri tapılıb
Fransada muzeydən 4 milyon avro dəyərində zinət əşyaları oğurlanıb
Lekler Britaniya Qran-prisinin qalibi olub
Netanyahu: İsrailin ABŞ-dan başqa da dostları var
Qazaxın Aslanlı kəndində taxıl sahəsi yanıb - VİDEO
Stoltenberq: NATO-nun əbədi mövcud olacağına zəmanət yoxdur
Netanyahu: ABŞ ilə İran məsələsində fikir ayrılığı yoxdur
Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı” günü - FOTO
Şəmkirdə iki avtomobil toqquşub, ölən və xəsarət alan var
Fransada meşə yanğını 1,5 min hektar ərazini əhatə edib
Messi “Qızıl top”a namizəd ola bilər
Zimbabve Milli Assambleyasının spikeri Azərbaycana rəsmi səfərə gəlib
Rusiyaya Belarusdan benzin idxalı tarixi maksimuma çatıb
Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Makron Suriyaya səfər edəcək
Avropada günəş panelləri döşənmiş dəmir yollarının tətbiqinə başlanıla bilər
Türkiyədə meşə yanğını başlayıb
Slovakiyada sabiq baş nazirlərə verilən imtiyazlarla bağlı referendum baş tutmayıb
İsmayıllıda sürücü və sərnişinin öldüyü qəzanın səbəbi məlum olub
Ukrayna Ordusu Krımda hərbi aerodroma və enerji qovşaqlarına zərbə endirib
Rusiya MN: Ukraynanın hərbi aerodromlarına və enerji infrastrukturuna zərbələr endirilib
Yurgen Klopp Almaniya millisinin yeni baş məşqçisi olacaq
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçirilib - YENİLƏNİB
Yeni nəsil dövlət idarəçiləri qabaqcıl süni intellekt həllərini öyrənirlər
İran Hörmüz boğazıyla bağlı dost ölkələr üçün xüsusi şərtlər təklif edəcək
Ukrayna Belqoroda PUA zərbəsi endirib, Qrayvoron dairəsinin rəhbəri ağır yaralanıb
Sabah Bakıda hava küləkli olacaq, rayonlara arabir yağış yağacaq
İsrail BƏƏ-yə “Dəmir Günbəz” sistemi göndərdiyini rəsmən təsdiqləyib
Xamenei ilə vida mərasimi davam edir
64 yaşlı kişi Zəngilanda çayda boğulub - YENİLƏNİB-1
Zərdab sakininin su arxından meyiti tapılıb
Qubada minik avtomobili yük maşınına çırpılıb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB
Rusiya və Ermənistan baş nazirlərinin görüşü olacaq
“AzerGold” QSC-nin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanı ziyarət olunub
Ölkə ərazisinin bəzi yerlərində yağış yağıb, qısamüddətli leysan xarakterli olub - FAKTİKİ HAVA
Türkiyədə Qara dəniz sahilində PUA aşkarlanıb
AZAL: Bu gün Naxçıvan reyslərində gecikmələr və təxirə salınmalar nəzərdə tutulur
Tramp: ABŞ çox tezliklə Marsa pilotlu uçuş təşkil edə bilər
Xaçmazda zəlzələ olub
Venesuelada zəlzələ qurbanlarının sayı 2954-ə çatıb