Bank Of Baku

Müəllif əsərlərinin qeydiyyatı üçün sənədlərin qəbulu internet vasitəsi ilə aparılacaq

Müəllif əsərlərinin  qeydiyyatı üçün sənədlərin qəbulu internet vasitəsi ilə  aparılacaq
# 23 iyun 2011 11:34 (UTC +04:00)
Bu barədə APA-ya Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov bildirib. Onun sözlərinə görə, hazırda Agentliyin internet saytında ölkə prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” fərmanından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə xüsusi elektron xidməti yaradılır. Elektron xidmətin yaradılması başa çatdırıldıqdan sonra müəlliflər əsərin qeydiyyatı üçün müvafiq məlumatların əks olunduğu elektron ərizəni və əsərin elektron variantını elektron poçtla MHA-ya göndərəcək. Əsərin orijinallığı müəyyən edildikdən sonra onun qeydiyyat üçün qəbul edilib-edilməməsi barədə müəllifə, yaxud onun rəsmi nümayəndəsinə bildiriş göndəriləcək. Əsər qeydiyyat üçün qəbul edildiyi halda qeydiyyat üçün tələb olunan digər sənədlərin, o cümlədən əsərin qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən məlumatların göndərilməsi barədə bildirişdə müvafiq qeyd yazılacaq. Beləliklə, müəllif əlavə vaxt itirmədən və nəqliyyat xərcləri ödəmədən öz evindən və ya iş yerindən elektron poçt vasitəsi ilə birbaşa Agentliklə əlaqə saxlamaqla əsərini qeydiyyatdan keçirə biləcək.
K. İmanov deyib ki, Azərbaycan MDB məkanında əsərlərin könüllü rəsmi qeydiyyatını həyata keçirən ilk ölkələrdən biridir. Bu məqsədlə MHA-da “Qeydiyyat” elektron məlumat bazası, rəqəmli online qeydiyyat sistemi və folklor üzrə rəqəmli Kitabxana yaradılıb. Hazırda MHA-nın “Qeydiyyat” elektron məlumat bazasında 8 min əsər və onların müəllifləri (hüquq sahibləri), folklor üzrə rəqəmli elektron kitabxanada isə yalnız 300-dən çox musiqili folklor nümunəsi və memarlıq əsərlərinə dair 600-dən çox nümunə toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR