Bank Of Baku

Böyük Qafqazın əksər çaylarında sululuq kəskin artıb

Böyük Qafqazın əksər çaylarında sululuq kəskin artıb
# 23 iyun 2011 11:37 (UTC +04:00)
ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 22-də axşam saatlarından başlayaraq yağan leysan xarakterli yağışlar nəticəsində Böyük Qafqazın əksər çaylarında sululuq kəskin artıb, Türyançay, Ağçay, Hamamçay və Kürmükçay çaylarından qısamüddətli daşqın keçib. Hazırda Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-455, Balakən-Şəki bölgəsi çaylarında 90-202, Lənkəran-Astara bölgəsi çaylarında 100-450, Kiçik Qafqaz çaylarında 65-90, Naxçıvan MR çaylarında isə 135 faizini təşkil edir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 450 kub metr/san, yəni ongünlük normanın 111 faizini Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 190 kub metr/san, yəni ongünlük normanın 114 faizini təşkil edir.

Hazırda Kür çayının aşağı axınında, Surra məntəqəsində suyun səviyyəsi 545 santimetr, Şirvanda 474, Salyanda 515, Bankədə 327, Araz çayının Novruzlu məntəqəsində isə 315 santimetr təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR