Bank Of Baku

Qəbələdə bir neçə kəndi sel basıb, bəndlər dağılıb, körpülər təhlükəli vəziyyətə düşüb, taxıl sahələrinə ciddi ziyan dəyib

Qəbələdə bir neçə kəndi sel basıb, bəndlər dağılıb, körpülər təhlükəli vəziyyətə düşüb, taxıl sahələrinə ciddi ziyan dəyib
# 23 iyun 2011 12:20 (UTC +04:00)
APA-nın Şirvan bürosunun xəbərinə görə, iyunun 22-dən 23-nə keçən gecə Qəbələ rayonuna yağan aramsız güclü leysan yağışı və dağ çaylarının gətirdiyi sel suları fərdi yaşayış evlərinə, taxıl sahələrinə, meyvə bağlarına, körpülərə, çaysahili mühafizə bəndlərinə, kommunikasiya xətlərinə ciddi ziyan vurub.

Sel suları Qaraçay üzərində yerləşən, rayon mərkəzi ilə Əmirvan, Məlikli, Siləyli, Blıx kəndlərini birləşdirən 135 metrlik körpüyə ciddi ziyan vurub, eləcə də Qəbələ-Şəki avtomobil yolu üzərindəki Mirzəbəyliçayı üzərindəki körpü təhlükəli vəziyyətə düşüb.

Rayonun Bum çayında suyun səviyyəsinin artması nəticəsində Mıxlıqovaq, Həzrə, Mirzəbəyli, İmamlı, Xırxatala, Cığatelli, Tikanlı kəndlərində, eləcə də Bunud və Məmmədağalı kəndlərində yaşayış evləri və həyətyanı sahələrə sel suları dolub, meyvə bağları və əkin sahələrini lil basıb. Bum qəsəbəsi ərazisindən keçən Bum çayı yaxınlığındakı 110 KV-luq hava elektrik xəttinin dirəyi sıradan çıxıb.

Rayonun Mıxlıqovaq, Tikanlı və Zalam kəndlərində ərazini sel sularından qorumaq üçün tikilən mühafizə bəndləri güclü su axınının təsirinə məruz qalaraq dağılıb. Həmin kəndlərin avtomobil yollarında asfalt örtüklər dağılıb, daxili küçələr tam yararsız vəziyyətə düşüb. Rayonun Vəndam qəsəbəsində, Nohurqışlaq, Tüntül, Bunud, Həzrə, Məmmədağalı, Seyidqışlaq, Zərgərli, Mirzəbəyli kəndlərində taxıl sahələrinə xeyli miqdarda ziyan dəyib.

Baş verən hadisə ilə əlaqədar rayon fövqəladə hallar komissiyası və əlaqədar təşkilatlar tərəfindən zəruri tədbirlər həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR