Bank Of Baku

Müəllif Hüquqları Agentliyinin nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Hüquqların Rəqəmli İdarəolunması üzrə online Lisenziyalaşdırma Mərkəzi yaradılacaq

Müəllif Hüquqları Agentliyinin nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Hüquqların Rəqəmli İdarəolunması üzrə online Lisenziyalaşdırma Mərkəzi yaradılacaq
# 23 iyun 2011 12:41 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Tvinninq layihəsinin icrası məqsədilə tenderin qalibi olmuş konsorsium və Müəllif Hüquqları Agentliyi (MHA) arasında müqavilə bağlanıb. Bu barədə APA-ya MHA sədri Kamran İmanov məlumat verib. O bildirib ki, layihə çərçivəsində MHA-nın nəzdində Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi və Hüquqların Rəqəmli İdarəolunması (DRM) üzrə online Lisenziyalaşdırma Mərkəzinin yaradılması, hüquq-mühafizə orqanlarında əqli mülkiyyət hüquqlarının təminatı üzrə ixtisaslaşmış bölmələrin təşkili, Agentliyin mütəxəssislərinin ixtisas biliklərinin artırılması, eləcə də hakimlərin ixtisaslaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi və qanunvericilik aktlarının təkmilləşdirilməsi üçün təkliflər paketinin hazırlanması nəzərdə tutulur. Layihənin məqsədi müəlliflik hüququ və əlaqəli hüquqların təminatının gücləndirilməsi, piratçılığın səviyyəsinin azaldılması, bu sahədə MHA-nın potensialının artırılmasıdır.

Avropa Komissiyasının təmsilçiləri MHA-da Hüquqların Rəqəmli İdarəolunması (DRM) üzrə online Lisenziyalaşdırma Mərkəzinin yaradılması üçün proqram təminatının əldə edilməsi, bu sistemdə işləyəcək xüsusi xidmət personalının hazırlığı ilə əlaqədar təlimlərin keçirilməsi istiqamətində yardım göstəriləcəyini bildiriblər. 18 ay davam edəcək layihə çərçivəsində Yunanıstan, Almaniya, İspaniya, Fransa, Böyük Britaniya, İtaliya, Portuqaliya, Rumıniya, Macarıstan və Aİ-nin digər üzv ölkələrindən ekspertlər Azərbaycana səfər edərək öz təcrübələrini bölüşəcəklər. Müəllif Hüquqları Agentliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin isə Yunanıstan, Almaniya, İspaniya, Portuqaliya və Rumıniyada təcrübə keçmələri nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR