Bank Of Baku

Azərbaycanda yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqlar inşa ediləcək

Azərbaycanda yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqlar inşa ediləcək
# 23 iyun 2011 12:52 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Əlillərin cəmiyyətə inteqrasiyasının təmin olunması məqsədilə Azərbaycanda yeni müəssisələr yaradılacaq. APA-nın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bu haqda YAP-ın saytına müsahibəsində bildirib. F. Ələkbərovun sözlərinə görə, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin, yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya mərkəzlərinin və sosial sığınacaqların inşası nəzərdə tutulur.
Nazirin sözlərinə görə, tibbi-sosial ekspertiza xidmətinin təşkilinə, əlillik təyinatlarının aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində ölkədə əlilliyin artım tempinin qarşısı alınıb: “Reabilitasiya göstəricisi 2009-cu ildə 5,3 faiz, 2010-cu ildə 6 faiz, cari ilin ilk rübündə isə 4,8 faiz təşkil edib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hazırda dünya üzrə əlillərin əhali tərkibində faiz göstəricisi 10 faizdir. Azərbaycanda isə bu rəqəm 4,4 faiz təşkil edir ki, bu da MDB məkanında ən aşağı göstəricilərdəndir. Qarşımızda duran əsas vəzifələrdən biri müalicə və bərpa mədəniyyətini daha da inkişaf etdirməklə bu göstəricinin minimuma enməsinə nail olmaqdır”.
F. Ələkbərov qeyd edib ki, bu gün nazirliyin ölkənin müxtəlif bölgələri üzrə ümumilikdə 14 bərpa mərkəzi fəaliyyət göstərir. Həmin müəssisələr hər il 8 min nəfərdən çox əlilə bərpa-müalicə xidməti göstərir.
Nazir əlillərin problemlərinə kompleks yanaşmanı təmin etmək məqsədi ilə respublika üzrə vahid məlumat bazasının yaradılması sahəsində işlərin davam etdirildiyini də bildirib. Onun sözlərinə görə, artıq bu bazada 100 min nəfərdən artıq əlil haqqında məlumat toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR