Bank Of Baku

Bu gün görkəmli jurnalist Nəcəf Nəcəfovun doğum günüdür

Bu gün görkəmli jurnalist Nəcəf Nəcəfovun doğum günüdür
# 24 iyun 2011 07:44 (UTC +04:00)
Bakı. Azər Mustafayev - APA. Bu gün görkəmli jurnalist , müasir Azərbaycan mətbuatının banilərindən biri Nəcəf Nəcəfovun doğum günüdür. APA-nın məlumatına görə N. Nəcəfov jurnalist fəaliyyətinə “İnşaatçı” qəzetində başlayıb.
Sonralar “Vışka”, “Molodyoj Azerbaydjana” qəzetlərində şöbə müdiri, redaktor vəzifələrində işləyib. 1988-ci illərdə Qarabağ hadisələri başlanan zaman siyasi fəaliyyətlə məşğul olmağa başlayıb, Azərbaycan Xalq Cəbhəsinin təşəbbüs qrupuna daxil olub.
1989-cu ildə “Azadlıq” qəzetini təsis edib. 1990-cı ilin yazında
N. Nəcəfov bir qrup müstəqil jurnalistlə birlikdə “Turan” informasiya agentliyini yaradıb. 1990-1995-ci illərdə Azərbaycan parlamentinin üzvü olub .
1999-cu il dekabrın 17-də vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub .
Prezident İlham Əliyevin 21 iyul 2005-ci il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Azərbaycan jurnalistikasının inkişafındakı xidmətinə görə Nəcəf Nəcəfov “Şöhrət” ordeni ilə təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR