Bank Of Baku

Həftə sonu Azərbaycan paytaxtında buludlu hava şəraiti davam edəcək

Həftə sonu Azərbaycan paytaxtında buludlu hava şəraiti davam edəcək
# 24 iyun 2011 08:39 (UTC +04:00)
Bakı-APA. Həftə sonu Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, iyunun 25-də havaların dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə 17-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə təşkil edəcək.

İyunun 26-da da havaların dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 24-dən 25-nə keçən gecə bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq.

İyunun 26-da havaların əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır, lakin gecə və axşam saatlarında ayrı-ayrı dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 19-24 dərəcə isti gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR