Bank Of Baku

Hacıqabulda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib

Hacıqabulda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə bağlı təlim keçirilib
# 24 iyun 2011 08:54 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynallı – APA. Hacıqabul rayonunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqanlarının və bölmələrinin idarə olunmasının təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib. Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülkü Müdafiə qərargahından məlumat verilib.
Təlimin keçirilməsində əsas məqsəd xilasetmə işlərinin təşkil edilməsi sahəsində təcrübənin artırılması, sülh dövründə fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin yerinə yetirilməsinin təşkili üzrə iştirakçıların praktik vərdişlərinin təkmilləşdirilməsi, xilasetmə bölmələrinin şəxsi heyətinə zərərçəkənlərin axtarılması və xilas edilməsi, maddi sərvətlərin qorunması və təbii fəlakətlərin, texnogen qəzaların nəticələrinin aradan qaldırılması üzrə təcrübə qazanmaq, hadisə rayonunda xilasetmə və digər təxirəsalınmaz qəza-xilasetmə işləri aparılan zaman hərbi hissənin bölmələri ilə FHN-in digər qüvvələri və hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin qarşılıqlı fəaliyyətini təşkil etməkdir.
Təlimə cəlb olunmuş qüvvələr şərti olaraq fəaliyyətdə olmayan Hacıqabul Xalça fabrikinin ərazisində yerləşdirilib, xilasetmə və digər təxirəsalınmaz qəza-xilasetmə işlərinin aparılmasına hazırlıq tədbirləri həyata keçiriblər. Təlimdə Şirvan, Salyan, Saatlı, Neftçala, Hacıqabul rayonlarının Mülkü Müdafiə, polis orqanlarının və qaz, enerji və su infrastrukturlarının əməkdaşları iştirak edib.

Şərti məlumat əsasında baş vermiş təbii fəlakətin və onun nəticəsində yaranmış texnogen qəzaların nəticələrinin aradan qaldırılması zamanı təxribatçıların zərərsizləşdirilməsi, hərbi hissə və bölmələrin idarə olunması, şəraitin qiymətləndirilməsi, güc və qüvvələrin düzgün bölüşdürülməsi, axtarış-xilasetmə işlərinin təşkili, aparılması, zərərçəkənlərə ilkin tibbi yardımın göstərilməsi, digər qüvvələrlə qarşılıqlı fəaliyyətdə qəza-xilasetmə işlərinin aparılması, təxliyə rayonlarının yaradılması, hadisə baş vermiş ərazilərdən əhalinin köçürülməsi, yerləşdirilməsi, onların həyat fəaliyyətinin təmin olunması və s. diqqət yetirilən əsas istiqamət sahələri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR