Bank Of Baku

TQDK sədri: “Paradla əlaqədar magistraturaya imtahan verəcək bakalavrlar gecikmə ehtimalını nəzərə alıb buraxılış vərəqələrini əvvəlcədən çap etməlidirlər”

TQDK sədri: “Paradla əlaqədar magistraturaya imtahan verəcək bakalavrlar gecikmə ehtimalını nəzərə alıb buraxılış vərəqələrini əvvəlcədən çap etməlidirlər”
# 24 iyun 2011 09:40 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva –APA. “Azərbaycan paytaxtında iyunun 26-da keçiriləcək hərbi paradla əlaqədar həmin gün magistraturanın ikinci mərhələsinə imtahan verəcək bakalavrlar və “Azərbaycan dili” imtahanı verəcək rus bölməsinin abituriyentləri imtahana gecikmə ehtimalını nəzərə alıb buraxılış vərəqələrini əvvəlcədən çap etməlidirlər”. APA-nın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, hərbi paradla əlaqədar gediş-gəliş dayandırılan küçələrdə TQDK-nın imtahan binaları yerləşmir: “Amma həmin ərazilərdə abituriyentlərdən və bakalavrlardan kimsə yaşaya bilər. Onlar hərbi parad keçiriləcəyini nəzərə almalı, imtahana buraxılış vərəqələrini vaxtında çap etməli, əgər həmin ərazidə yaşayırlarsa, bir gün əvvəldən ayrı yerdə gecələməli, imtahan keçiriləcək ünvana vaxtında çatmağı planlaşdırmalıdırlar”. M. Abbaszadə deyib ki, bu gün saat 10.00-a olan məlumata görə, iyunun 26-da magistraturanın ikinci mərhələsinin imtahanında iştirak etmək üçün 7000 bakalavr öz buraxılış vərəqəsinin əldə edib, 863 nəfər isə hələ bu prosesi həyata keçirməyib.

“Azərbaycan dili” imtahanı verəcək rus bölməsinin 2540 abituriyentindən isə 1700 nəfəri öz buraxılış vərəqəsini çap edib. 840 abituriyent isə buraxılış vərəqələrini hələ də çap etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR