Bank Of Baku

“Akademiya şəhərciyi”ndən qeyri-akademik qurumların köçürülməsinə başlanıb

“Akademiya şəhərciyi”ndən qeyri-akademik qurumların köçürülməsinə başlanıb
# 24 iyun 2011 10:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ərazisi olan “Akademiya şəhərciyi”ndən qeyri-akademik qurumların köçürülməsinə başlanıb. Bu haqda APA-ya AMEA prezidenti Mahmud Kərimov məlumat verib. O bildirib ki, hazırda “Akademiya şəhərciyində” yerləşən bir sıra kənar təşkilatların avadanlıqlarının və sənədlərinin yığışdırılması prosesi həyata keçirilir: “Binaların boşaldılması üçün müəyyən hazırlıq işləri görülür”.

M. Kərimov deyib ki, ilk olaraq Dövlət Reyestri Xidmətinin köçürüləcəyi gözlənilir: “Hazirda əsas işlər bu xidmətin yerləşdiyi binada aparılır”.

Qeyd edək ki, “Akademiya şəhərciyində” yerləşən digər qeyri-akademik obyektlər MTN-in Strateji Araşdırmalar Mərkəzi və Moskva Dövlət Universitetinin (MDU) Bakı filialıdır. Ölkə prezidentinin göstərişinə əsasən onlar da həmin şəhərcikdən çıxmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR