Bank Of Baku

AMEA-da struktur islahatları ilə bağlı UNESCO ekspertləri tərəfindən tövsiyələr hazırlanır

AMEA-da struktur islahatları ilə bağlı UNESCO ekspertləri tərəfindən tövsiyələr hazırlanır
# 24 iyun 2011 10:38 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasıda (AMEA) islahatların aparılması ilə bağlı UNESCO ekspertləri tərəfindən tövsiyələr hazırlanır. Bunu APA-ya açıqlamasında AMEA prezidenti Mahmud Kərimov deyib. O bildirib ki, bu məqsədlə Azərbaycana gələn UNESCO ekspertləri öz tövsiyələrini bu ilin sonunadək təqdim etməlidirlər: “Onlar işlərini bu il yekunlaşdırsalar öz tövsiyə və hesabatlarını bizə təqdim edəcəklər. Bu tövsiyələr əsasında müzakirələr aparacağıq və onları nəzərə alıb, akademiyada struktur dəyişikləri ilə bağlı qərar qəbul edəcəyik”.

M. Kərimov tövsiyələr əsasında akademiyadakı müəyyən institutların birləşdiriləcəyini də istisna etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR