Bank Of Baku

Ümumi orta təhsil bazasında orta ixtisas məktəblərinə qəbul planı Nazirlər Kabinetinə daxil olub

Ümumi orta təhsil bazasında orta ixtisas məktəblərinə qəbul planı Nazirlər Kabinetinə daxil olub
# 24 iyun 2011 10:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul planı Təhsil Nazirliyi və digər qurumlar tərəfindən Nazirlər Kabinetinə göndərilib və hazırda onun üzərində iş gedir. Amma təsdiqlənmiş qəbul planı hələ Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına daxil olmayıb”. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, rəhbərlik etdiyi qurum iyunun 28-dən orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu elan edəcək: “Ümidvarıq ki, iyunun 28-nə qədər qəbul planı TQDK-ya daxil olacaq və biz orta ixtisas məktəblərinə sənəd qəbuluna başlaya biləcəyik”.

Qeyd edək ki, Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu iyunun 28-dən avqustun 10-dək internet vasitəsilə aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR