Bank Of Baku

Elmin İnkişafı Fondu ilə Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb

Elmin İnkişafı Fondu ilə Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb
# 24 iyun 2011 11:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Prezident yanında Elmin İnkişafı Fondunun icraçı direksiyasında Elmin İnkişafı Fondu ilə Fransa Milli Elmi Araşdırmalar Mərkəzi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. APA-nın məlumatına görə, sənədi Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin Rusiya və MDB ölkələri üzrə Regional Bürosunun direktoru Vladimir Mayer imzalayıb.

E. Babayev bildirib ki, sənəd Azərbaycan və Fransa arasında elmi tədqiqatlar sahəsində qarşılıqlı əlaqələri gücləndirəcək: “Saziş çərçivəsində hər iki ölkədə fəaliyyət göstərən alim və elmi tədqiqatçılar arasında elmi əməkdaşlıq inkişaf etdiriləcək, elmi-texniki potensialdan birgə istifadəyə imkan yaradılacaq. Tərəflər öz ölkələrində qüvvədə olan qanunvericiliyə uyğun olaraq elmi materiallar, cihaz və qurğular, həmçinin elmi informasiyalardan birgə istifadə olunmasına şərait yaradılması haqqında razılığa gəliblər”.

E. Babayev qeyd edib ki, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi Elmin İnkişafı Fondunun əsas prioritet istiqamətlərindən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR