Bank Of Baku

Şəmsəddin Hacıyev: “Azərbaycan Dövlət İqtisad Universitetinin yaşı 65-i keçmiş 240-a yaxın müəllimi fəaliyyətini davam etdirəcək”

Şəmsəddin Hacıyev: “Azərbaycan Dövlət İqtisad Universitetinin yaşı 65-i keçmiş 240-a yaxın müəllimi fəaliyyətini davam etdirəcək”
# 24 iyun 2011 13:01 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Dövlət İqtisad Universitetində yaşı 65-i keçmiş 240-a yaxın müəllim var. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib.

Rektor müəllimlərin ümumi sayının 887 olduğunu bildirib.

Lakin o, yaş həddinin elmi və ali təhsil müəssisələrində çalışanlara aid olmayacağını da xatırladaraq yaşı 65-i keçmiş ADİU işçilərinin fəaliyyətlərini davam etdirəcəyini deyib.

Ş. Hacıyev müəllimlərin dövlət qulluğu ilə bağlı statusunun müəyyənləşməsi ilə bağlı hazırda konsepsiya hazırlandığını vurğulayıb: “Konsepsiya hazır olandan sonra müəllimlər işə dövlət qulluğu statusu verilən işçilərin işəgötürmə mexanizminə və müvafiq qanuna uyğun olaraq götürüləcəklər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR