Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasında layihələrin icra vəziyyəti ilə bağlı müzakirələr aparılıb - FOTO

QHT-lərə Dövlət Dəstəyi Şurasında layihələrin icra vəziyyəti ilə bağlı müzakirələr aparılıb - <font color=red>FOTO</font>
# 24 iyun 2011 13:07 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2011-ci ilin birinci yarısında ayrı-ayrı istiqamətlər üzrə maliyyələşdirdiyi layihələrin icra vəziyyəti ilə bağlı müzakirələri davam etdirir.
Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilmiş layihələrin icra vəziyyəti müzakirə edilib. Tədbiri açan Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, ölkədə insan hüquqlarının qorunması və demokratiyanın dərinləşməsi ilə bağlı dövlət tərəfindən görülən işlərə vətəndaş cəmiyyətinin dəstək verməsi son dərəcə vacibdir. F. Qurbanov layihələrin icrasında qazanılmış uğurlu nəticələr, eləcə də yol verilmiş nöqsanlar barədə danışıb.
Nöqsanların aradan qaldırılması üçün layihə və QHT rəhbərləri təlimatlandırılıb.
Qeyd olunub ki, layihələrin icrasına nəzarəti həyata keçirən Şura əməkdaşı E.Bağırovun verdiyi məlumatda qeyd edilib ki, 2011-ci ilin birinci yarısında insan hüquqları və demokratiya istiqaməti üzrə maliyyələşdirilən 16 layihəyə 91.200 manat vəsait ayrılıb. E. Bağırov bildirib ki, bu layihələr ölkənin 16 rayon və şəhərini əhatə edib. Layihələrin icrasına cəlb edilmiş şəxslərdən 40 nəfəri aylıq əməkhaqqı alıb. Layihələr çərçivəsində 2 QHT mövzuya aid müxtəlif kitab, bröşür və buklet çap edərək yayıb, 3 QHT təlimlər və seminarlar təşkil edib, 3 QHT monitorinq və sorğular keçirib, 3 QHT təlimlər keçib, 1 QHT ictimai debat təşkil edib, 3 QHT maarifləndirmə tədbirləri həyata keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR