Bank Of Baku

Həkimlərin sertifikasiyası prosesində növbəti imtahanın nəticələri açıqlanıb

Həkimlərin sertifikasiyası prosesində növbəti imtahanın nəticələri açıqlanıb
# 24 iyun 2011 13:22 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, test imtahanı laboratoriya işi, anesteziologiya, reanimotologiya və ümumi cərrahiyyə ixtisasları üzrə keçirilib. İmtahanda 41 həkim iştirak edib və onlardan 37-si uğurlu nəticələr qazanıb.

Xatırladaq ki, sertifikasiyaya dair test imtahanlarına 2011-ci ilin yanvarında start verilib. İmtahanda 100 sualdan ən azı, 60 suala düzgün cavab verən həkimlər növbəti mərhələyə - müsahibəyə buraxılırlar. Sertifikasiyadan keçən həmin şəxslərə 5 il müddətində müvafiq ixtisas üzrə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ verilir. İmtahanlarda uğur qazana bilməyən həkimlər isə 6 aylıq kurslara cəlb edilirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR