Bank Of Baku

Naxçıvan Muxtar Respublikası Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib - FOTO

Naxçıvan Muxtar Respublikası Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib - <font color=red>FOTO</font>
# 24 iyun 2011 14:46 (UTC +04:00)
Bakı-APA. Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin qiyabi şöbəsinin, II-ci təhsil, II-ci kurs tələbələrinin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Sosial idarəetmə və hüquq fakültəsinin tələbəsi İntizar Məmmədova uşaq müəssisələrinin inkişaf perspektivləri barədə çıxış edərək vurğulayıb ki, bu gün Azərbaycanda belə müəssisələr kifayət qədər dövlət qayğısı ilə əhatə olunublar: “Onların bütün problem və qayğıları hər zaman dövlətin diqqət mərkəzində saxlanılır və ardıcıl olaraq həll olunur. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət uşaqların rifahının yaxşılaşdırılmasına, uşaq və yeniyetmələrin fiziki və mənəvi cəhətdən güclü nəsil kimi böyüməsinə, onların hərtərəfli inkişafı üçün şəraitin yaradılmasına, müxtəlif problemlərinin həllinə xüsusi diqqət yetirilir. Bizim üçün xüsusilə önəmlidir ki, Heydər Əliyev Fondunun həyata keçirdiyi tədbirlər bu sahədə əhəmiyyətli irəliləyişə nail olmağa imkan verib”.
Tədbirdə uşaqlar üçün müxtəlif oyunlar təşkil olunub, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının iştirakı ilə tamaşa göstərilib. Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində olan körpələrə hədiyyələr təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR