Bank Of Baku

Bakıda “Obyektiv işəqəbul vasitəsilə dövlət qulluğunda şəffaflığın təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilib

Bakıda “Obyektiv işəqəbul vasitəsilə dövlət qulluğunda şəffaflığın təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilib
# 24 iyun 2011 14:56 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Bakıda “Obyektiv işəqəbul vasitəsilə dövlət qulluğunda şəffaflığın təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, giriş sözü ilə çıxış edən Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov tədbir barədə məlumat verib. O, tədbirin rəhbərlik etdiyi Dövlət Komissiyası və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi adından Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə keçirildiyini bildirib. Onun sözlərinə görə, tədbirin keçirilməsində məqsəd dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini bölüşmək, dövlət qulluğuna qəbulun peşəkarlıq, şəffaflıq və obyektivlik prinsipləri əsasında həyata keçirilməsini göstərmək, dövlət qulluğunun inkişafı istiqamətində ölkədə aparılan islahatlar barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, bu sahədə mövcud problemləri müzakirə etmək və nəticələr çıxarmaqdır.
Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi İnam Kərimov təmsil olunduğu qurumun gördüyü maarifçilik işləri və digər tədbirlər barədə məlumat verib.
Tədbirdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan Ofisinin rəhbəri Henning Tvesten, Cənubi Koreyanın Dövlət idarəçiliyi və təhlükəsizlik nazirinin kadr işləri üzrə müavini Kim Hong-Gab və başqaları çıxış ediblər.

Dəyirmi masa iyunun 25-də başa çatacaq. Həmin gün tədbir iştirakçıları iki işçi qrup çərçivəsində səmərəli dövlət qulluğu sistemi, dövlət qulluğunda liderlik və karyera, əməyin ödənilməsi, mükafatlandırma, işəqəbul sistemləri və digər mövzular ətrafında müzakirələr aparacaqlar.

Qeyd edək ki, tədbirdə Albaniya, Estoniya, Gürcüstan, Hindistan, İrlandiya, Cənubi Koreya, Litva, Makedoniya, Çernoqoriya, Moldova, Rumıniya, Türkiyə, Ukrayna və Uqandanın dövlət qulluğu və inzibati idarəetmə sahəsində müvafiq qurumlarının, həmçinin GİZ-in, BMT-nin İnkişaf Proqramının (UNDP) və digər beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR