Bank Of Baku

Abel Məhərrəmov Türkiyənin Orta Doğu Texniki Universitetinin rektorunu qəbul edib

Abel Məhərrəmov Türkiyənin Orta Doğu Texniki Universitetinin rektorunu qəbul edib
# 24 iyun 2011 15:22 (UTC +04:00)
Bakı-APA. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Əhməd Açarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitet haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, onun beynəlxalq əlaqələrindən danışıb. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs edib.
Öz növbəsində Orta Doğu Texniki Universitetinin rektoru Əhməd Açar Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qonaq BDU-nun nailiyyətlərindən məmnun qaldığını, təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb. O, rəhbərlik etdiyi ali məktəbin BDU ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR