Bank Of Baku

Şamaxıda dolunun ziyan vurduğu evlər, ictimai binalar və sosial obyektlər üçün tikinti materialları paylanıb

Şamaxıda dolunun ziyan vurduğu evlər, ictimai binalar və sosial obyektlər üçün tikinti materialları paylanıb
# 24 iyun 2011 16:25 (UTC +04:00)
Şamaxı. Şahnəzər Bəşirov - APA. Mayın 14-də Şamaxı rayonuna düşən güclü dolu nəticəsində evlərinin dam örtüyü dağılmış vətəndaşlara yardım olunub. Rayon İcra Hakimiyyəti başçısının müavini Ağamustafa Vahidov APA-nın Şirvan bürosuna bildirib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən iyunun 24-dək rayona 70 yük maşını ilə göndərilən 43 min ədəd şifer Şamaxı şəhərində və 8 kənddə yaşayan 1490 vətəndaşa paylanılıb. Şiferlər rayon mərkəzində yaradılan qərargahda FHN-nin və rayon fövqəladə hallar komissiyasının nümayəndələrinin iştirakı ilə vətəndaşlara təhvil verilib. Həmçinin, dolunun təsiri nəticəsində Şamaxı şəhərində və kəndlərdə ziyan çəkmiş ictimai binaların və sosial obyektlərin dam örtüyü üçün gətirilən 8 min ədəd öndülün şiferi də paylanılıb. Ağamustafa Vahidov bildirib ki, sonradan müraciət etmiş insanların evlərinə də baxış keçirilib və doludan həqiqətən də ziyan çəkən 70 ev müəyyən edilərək onlara yardım olunması üçün FHN-ə məlumat verilib. Nazirliyin mütəxəssisləri məsələni yerində araşdıraraq akt tərtib ediblər. Yaxın günlərdə həmin 70 ailə üçün daha 1700 şiferin göndərilməsi gözlənilir.
Qeyd edək ki, mayın 14-də gecə saat 00:45 radələrində Şamaxı şəhərinə və 8 kəndə diametri 6-7 santimetr olan dolu düşmüşdü. On dəqiqə ərzində dolu fərdi evlərin, ictimai binaların, sosial obyektlərin dam örtüyünə, avtomobillərə, əkin sahələrinə və meyvə bağlarına çox ciddi ziyan vurmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR